DİŞ KLİNİKALARI ÜÇÜN İDARƏETMƏ SİSTEMİ

Randevunu sən yazma, sistem yazsın.

Kabinetinizin bütün işi tək ekranda.

Siz dişlə məşğul olun. Xəstə boş saatı özü görür və özü yazılır, sizin telefonunuza bir bildiriş gəlir — bir toxunuşla təsdiqləyirsiniz. Qalanını sistem edir: xatırladır, ləğvi qeyd edir, gəlməyəni yazır, ayın sonunda rəqəmi göstərir.

  • Kart tələb olunmur
  • Quraşdırmanı biz edirik
  • Bir saatda hazır olursunuz
20saniyəxəstə özü yazılır
1toxunuşsizin bütün işiniz
10günpulsuz sınaq
Xəstənin telefonu

Dr. Rüstəmov — Diş kabineti

Müayinə və təmizləmə · 30 dəq

Çərşənbə, 12 avqust

09:3010:0010:3011:0011:3012:00
Yazıl
Telegramindi

Yeni randevu sorğusu

Nigar Əliyeva

Çərşənbə 10:30 · Müayinə və təmizləmə

Təsdiqləİmtina

Bu gün

7xəstə

540 ₼

Bizə güvənən klinikalar

DKDiş klinikasıBakı
SMStomatologiya mərkəziBakı
ADAğız və diş sağlamlığıSumqayıt
OKOrtodontiya kabinetiBakı
İMİmplantologiya mərkəziGəncə
PDUşaq diş kabinetiBakı

Loqo yerləri — ilk müştərilərimizin loqoları razılıqları ilə buraya əlavə olunur.

TANIŞ GƏLİR?

Siz həkimsiniz. Katib olmağa isə heç kim razılıq verməyib.

Bu, bacarıqsızlıq deyil. Bu — randevunu yazışma ilə idarə etməyin qiymətidir. Və o qiymət hər həftə ödənilir.

  1. 09:40

    Kanal müalicəsinin ortasındasınız. Əlcəkli əliniz xəstənin ağzındadır. Telefon stolun üstündə titrəyir. Baxa bilmirsiniz.

  2. 10:20

    Telefona baxırsınız: üç mesaj, iki buraxılmış zəng, bir Instagram sorğusu. Birinə cavab yazırsınız. İkincisini «sonra yazaram» deyib unudursunuz.

  3. 14:00

    Kreslo boşdur. Səhər yazılan xəstə gəlmədi, xəbər də vermədi. Kirayə, işıq və köməkçinin maaşı isə işləməyə davam edir.

  4. 21:00

    Ay bitir. «Bu ay necə keçdi?» sualına dəqiq cavabınız yoxdur. Təxmin var, rəqəm yoxdur.

Cavabsız qalan sorğu01

Üçüncü xəstə artıq başqa həkimə yazılıb

Siz cavab yazana qədər o, cavab verən birini tapıb. Sizin peşəkarlığınızla bağlı deyil — sadəcə növbədə idi.

Xəstə boş saatı özü görür və gecə saat 3-də də yazıla bilir.

Boş kreslo02

«Gəlmədi» — həkimin ən bahalı bir sözü

Çünki unudurlar. Çünki heç kim xatırlatmır. Çünki ləğv etmək üçün sizə yazmaq onlara narahatlıq gəlir — sadəcə gəlmirlər.

Xatırlatma özü gedir, ləğv linki mesajın içindədir — həmin saatı başqasına satırsınız.

Unudulmuş xəstə03

Bazanızda yatan pul

Müalicəsi yarımçıq qalanlar, profilaktikası keçənlər, altı aydır görünməyənlər. Onları xatırlayan tək şey sizin yaddaşınızdır.

Sistem onları özü tapır və bir kliklə hamısını geri çağırır.

SİSTEM NECƏ İŞLƏYİR

Üç ekran. Öyrənməli olduğunuz yeganə şey — «Təsdiqlə» düyməsidir.

Kompüter açmağınıza belə ehtiyac yoxdur. Telegram-da mesaja cavab verə bilirsinizsə, asisDENT-i artıq bilirsiniz.

01≈ 20 saniyə

Xəstə özü yazılır

Instagram bio-nuzdakı linkə keçir, xidməti seçir, həqiqətən boş olan saatları görür, adını və nömrəsini yazır. Qeydiyyat yoxdur, parol yoxdur.

Boş saatlar özü hesablanır: iş saatlarınız, fasilələr və bağlı günlər nəzərə alınır. Eyni saata iki xəstə yazıla bilmir — sistem buna icazə vermir.

021 toxunuş

Sizə bildiriş gəlir

Mesajın içində [Təsdiqlə] və [İmtina] düymələri var. Barmağınızı bir dəfə basırsınız — xəstəyə cavab dərhal gedir.

Cavabsız qalan sorğu saatı əbədi bloklamır: vaxtı bitir və saat yenidən açılır. Vaxt dəyişəndə randevu özü yenidən təsdiqinizə qayıdır.

03real vaxtda

Rəqəmlər özü yığılır

Bugünkü xəstə sayı, gəlir, aylıq trend, gözləyən sorğular. «Bu ay necə keçdi?» sualının cavabı artıq təxmin deyil.

Hər randevu qiyməti yazıldığı andakı ilə yadda saxlayır — xidmətin qiymətini dəyişsəniz, keçmiş ayın gəliri yenidən yazılmır.

Zəng edən xəstə zəng etməyə davam edir — onu özünüz 10 saniyəyə yazırsınız. asisDENT xəstələrinizi sizdən almır; sadəcə həmişə açıq olan ikinci bir qapı açır.

İMKANLAR

Kabinetinizin bütün işi tək ekranda

Ayrı-ayrı dəftərlərdə, telefonlarda və başınızda saxladığınız hər şey — bir yerdə, bir axında.

Boş saatlarınızı xəstə özü doldurur

Təqviminiz həmişə açıq bir qəbul masasıdır: xəstə boş vaxtı görür, seçir, yazılır. Siz yalnız təsdiqləyirsiniz — və hər randevunun harada olduğunu bir baxışda bilirsiniz.

  • Gözləyən, təsdiqlənmiş, ləğv olunmuş — hamısı bir ekranda
  • Bir neçə həkim işləyirsə hər birinin öz qrafiki
  • Keçmiş randevu redaktə oluna bilmir — gəlir sonradan yazılmır

Xəstəniz gəlməyi unutmur

Təsdiq, xatırlatma və ləğv mesajları avtomatik gedir — WhatsApp və ya SMS ilə. Siz heç nə yazmırsınız, heç nə göndərmirsiniz, heç nə unudulmur.

  • Mesajın içində ləğv linki var — xəstə yazmadan da ləğv edə bilir
  • Bir kanal işləməsə sistem digərinə keçir
  • Eyni bildiriş iki dəfə göndərilmir

Vizual diş xəritəsi ilə dəqiq qeydlər

32 diş göz önündə. Hansı diş müalicə olunub, hansında diaqnoz var — kartı açan kimi görürsünüz.

  • Dişə toxunursunuz — diaqnoz və müalicə elə orada yazılır
  • Bütün müalicə tarixçəsi yan-yana
  • Şəkli olan dişin üstündə say görünür

Rentgenlər dişin üstündə durur

Qovluqlarda, telefon qalereyasında, WhatsApp yazışmasında axtarmırsınız. Dişə klikləyirsiniz — şəkillər açılır.

  • Rentgen üçün yaxınlaşdırma, fırlatma və neqativ rejimi
  • Bir panoramik şəkil bir neçə dişə bağlana bilər
  • Şəkil yükləyəndə keyfiyyət qalır, yer isə tutulmur

Xəstənizi kartı açan kimi tanıyırsınız

Neçə dəfə gəlib, ən son nə vaxt gəlib, nəyə allergiyası var, hansı qeydi yazmışdınız — hamısı bir ekranda. Xəstə bazası köməkçinizin telefonunda deyil, sizin sisteminizdədir.

  • Allergiya xəbərdarlığı kartın başlığında — gözdən qaçmır
  • «Son ziyarət» həqiqətən gəldiyi tarixdir, yazıldığı tarix yox
  • Köməkçiniz işi buraxsa da baza sizin yerinizdə qalır

Unudulmuş xəstələr geri qayıdır

Sistem bazanızda yatan pulu özü tapır: profilaktikası keçənlər, müalicəsi yarımçıq qalanlar, ad günü yaxınlaşanlar.

  • Siyahını görürsünüz, bir düymə ilə hamısına mesaj gedir
  • Mətni göndərməzdən əvvəl özünüz oxuyursunuz
  • İstəməyən xəstə bir kliklə siyahıdan çıxır

Ayın sonunda təxmin yox, rəqəm

Nə qədər qazandınız, hansı xidmət daha çox satıldı, neçə xəstə gəlmədi, hansı həkim nə qədər iş gördü.

  • Xidmət üzrə gəlir və ay-aya müqayisə
  • Gəlməmə faizi — nəyi itirdiyinizi rəqəmlə görürsünüz
  • Həkim üzrə ayrı hesabat

Materialınız özü sayılır

Randevunu «tamamlandı» işarələyirsiniz — istifadə olunan material anbardan özü silinir, özü də əvvəlcə tarixi yaxın olan partiyadan. Rəfdə xarab olan material qalmır.

  • Qalıq azalanda və tarix yaxınlaşanda xəbərdarlıq
  • Hər müalicənin materialına nə qədər getdiyini görürsünüz
  • KLİNİKA paketinə daxildir

YAXINDAN

GÖNDƏRİLDİ ≠ ÇATDI

Xəstəyə söz verdiyiniz mesaj həqiqətən gedir

Bu, kiçik detal kimi görünür — ta ki bir xəstə «mənə heç nə gəlmədi» deyənə qədər. asisDENT-də hər mesaj növbəyə yazılır, göndərilir və nəticəsi qeyd olunur. Operator cavab vermirsə sistem özü təkrar cəhd edir.

  • Səssiz itki yoxdurMesaj çatmayıbsa siz bunu görürsünüz. «Göndərdim, çatmayıb» sualı qalmır.
  • Təkrar mesaj yoxdurEyni xəstəyə eyni bildiriş iki dəfə getmir — sistem yenidən başlasa belə.
  • Rabitə problemi randevuya toxunmurOperator dayansa, randevu yenə də yazılır və təqvimdə görünür.

KİM NƏYİ GÖRÜR

Köməkçiniz gəlirinizi görmür — bu, ayar deyil, quruluşdur

Klinikada hər kəsin hər şeyi görməsi rahat deyil, riskdir. asisDENT hər rola öz ekranını verir: köməkçi işini görür, həkim öz xəstələrini, klinikanın rəhbəri isə rəqəmləri.

  • KöməkçiTəqvim, xəstə kartı, fayllar — bəli. Hesabat, gəlir, anbar, ayarlar — xeyr.
  • Klinika həkimiÖz təqvimi və öz xəstələri. İstifadəçi yarada bilmir.
  • ResepsiyonistBütün həkimlərin təqvimi, yeni həkim əlavə etmək, klinika hesabatları.
Rol üzrə icazə cədvəli
KöməkçiHəkimResepsiyonist
Təqvimvarvarvar
Xəstə kartıvarvarvar
Fayl arxivivarvarvar
Hesabatlaryoxduryoxdurvar
Anbaryoxduryoxdurvar
İstifadəçi açmaqyoxduryoxdurvar

KLİNİK İŞ

«Bu dişə keçən dəfə nə etmişdik?» — cavab bir kliklədir

Diş xəritəsində 16 nömrəli dişə klikləyirsiniz və həmin dişin bütün tarixçəsi, ona bağlı bütün şəkillər açılır. Eyni panoramik rentgen həm «Rentgenlər» qovluğunda, həm də aid olduğu hər dişin altında görünür.

  • Klinikanın hamısı görürHəkim əvvəl nə olduğunu bilməlidir, resepsiyonist sənədi tapa bilməlidir — eyni sənəd təkrar-təkrar yüklənmir.
  • Xəstə görmürArxiv yalnız klinika üçündür.
  • Şəxsi sənədlər ayrıca qorunurŞəxsiyyət vəsiqəsi və razılıq formalarının önizləməsi yaradılmır, hər açılış qeydə alınır.

SADƏ HESAB

Sual qiymət deyil. Sual — bu gün nə qədər itirdiyinizdir.

Rəqəmi biz demirik. Öz kabinetinizin rəqəmlərini yazın və nəticəni özünüz görün.

Ayda itirilən480 ₼
asisDENT PRO− 89 ₼
Ayda cibinizdə qalan391 ₼

Hesab yalnız gəlməyən xəstələri sayır. Cavabsız qalan sorğuları, geri qayıtmayan köhnə xəstələri və randevu yazışmasına gedən saatları buraya heç əlavə etmədik.

Gündə 3 manat

Bir fincan çaydan ucuzdur. Amma çay gecə saat 3-də sizin üçün randevu qəbul etmir.

Yarım kanal müalicəsi

Bir kanal müalicəsi 150–250 ₼-dir. Aylıq abunə onun yarısıdır — və bir ay boyu işləyir.

Köməkçinin bir günündən az

Ancaq bu «köməkçi» xəstə soruşmadan cavab verir, heç nə unutmur və məzuniyyətə çıxmır.

Ayda cəmi bir xəstəni geri qaytarsa, asisDENT özünü ödəyir. Qalanı sizin qazancınızdır.

ETİBAR

Xəstənizin məlumatı sizindir — və sizdə qalır

Bu sual verilməlidir və verildiyi üçün cavabını açıq yazırıq.

Heç bir klinika digərini görmür

Hər klinikanın məlumatı tam ayrıdır və bu, sistemin quruluşuna qoyulub — sonradan açıla bilən bir ayar deyil.

Rentgen açıq linkdə yaşamır

Şəkillər yalnız qısa müddət etibarlı olan xüsusi keçidlə açılır. Keçid köhnəlir; kənara düşsə belə işləmir.

Hesabınız qorunur

Şifrələr geri çevrilə bilməyəcək şəkildə saxlanılır, bir neçə səhv cəhddən sonra hesab müvəqqəti kilidlənir, iki mərhələli doğrulama isə istənilən an açıla bilər.

İşçi gedəndə qapı bağlanır

İşçini çıxardığınız və ya rolunu dəyişdiyiniz anda onun açıq qalmış brauzeri də etibarsız olur.

Səhvən silinən geri qayıdır

Silinən qeyd dərhal yox olmur, bir müddət saxlanılır. Kimin nə vaxt nə etdiyinin izi qalır.

Data sizindir

İstədiyiniz vaxt xəstə siyahınızı götürə bilərsiniz. Abunə bitsə də heç nə silinmir — sistem sadəcə oxu rejiminə keçir və yeniləyən kimi hər şey yerindədir.

PAKETLƏR

Aydın qiymət, gizli xərc yoxdur

Hər üç paketdə onlayn rezervasiya, təqvim, xəstə kartı və diş xəritəsi var. Fərq — klinikanızın böyüklüyündədir.

İllik ödənişdə 2 ay hədiyyə · quraşdırma pulsuz

SOLO

Tək işləyən həkim

39/ay

1 həkim

Randevunu sən yazma, sistem yazsın.

Bu paketi seçirəm
  • Şəxsi onlayn rezervasiya linki
  • Təqvim, iş saatları, bağlı günlər
  • Telegram-da bir toxunuşla təsdiq
  • Xəstəyə avtomatik SMS və ləğv linki
  • Xəstə kartı və ziyarət tarixçəsi
  • Vizual diş xəritəsi
  • Gündəlik gəlir paneli
Modullar daxil

KLİNİKA

2–4 həkimli klinika

179/ay

4 həkimə qədər

Bütün həkimlər, bir təqvim, bir kassa.

10 Günlük Pulsuz Sınaq
  • PRO paketindəki hər şey
  • Bütün həkimlər bir təqvimdə
  • Həkim üzrə ayrı hesabat
  • Material və maya dəyəri nəzarəti
  • Google rəylərinin idarə olunması
  • Gəlir və geri qaytarma hesabatları
  • Prioritet dəstək
  • 10 günlük pulsuz sınaq
  • Qiymətlər ƏDV-siz göstərilib.
  • Klinikanız böyüyəndə paketi bir zənglə dəyişirik — məlumatınız olduğu kimi qalır.
  • İstənilən vaxt dayandıra bilərsiniz; uzunmüddətli müqavilə yoxdur.

SUALLAR

Ağlınıza gələn ilk suallar

Sistemi öyrənmək çətindirmi?

Telegram-da mesaja cavab verə bilirsinizsə, asisDENT-i artıq bilirsiniz. Gündəlik işiniz budur: bildiriş gəlir, «Təsdiqlə» düyməsini basırsınız. Sistemi biz quraşdırırıq — xidmətlərinizi, qiymətlərinizi və iş saatlarınızı bizə deyirsiniz, hazır linki sizə təhvil veririk. İnterfeys tam Azərbaycan dilindədir.

Xəstə randevunu necə yazılır?

Sizin şəxsi rezervasiya linkiniz olur — onu Instagram bio-nuza qoyursunuz. Xəstə linki açır, xidməti və boş vaxtı seçir, adını və nömrəsini yazır. Qeydiyyat və parol tələb olunmur. Sorğu dərhal təqviminizə düşür və sizə bildiriş gəlir.

Xəstələrim yaşlıdır, linki başa düşməzlər. Onda necə?

Bir hissəsi başa düşməyəcək və buna ehtiyac da yoxdur. Zəng edən xəstə zəng etməyə davam edir, siz onu özünüz 10 saniyəyə yazırsınız. Link daha çox 25–45 yaş arası xəstələr üçündür — onlar zəng etməyi sevmir və gecə saat 11-də yazılır. Yəni köhnə xəstələrinizi itirmirsiniz, yenilərini qazanırsınız.

Köməkçim var, o yazır. Mənə lazımdırmı?

Deməli sizdə nizam var — bu, əksəriyyətdən yaxşıdır. İki sual qalır: saat 19:00-dan sonra, gecə və bazar günü kim cavab verir? Və köməkçiniz sabah işi buraxsa, xəstə bazanız hara gedir? asisDENT köməkçinizi əvəz etmir — onu mexaniki yazışmadan azad edir, bazanı isə sizin adınıza saxlayır.

Xəstəyə hansı yolla bildiriş gedir?

WhatsApp və SMS ilə. Sistem klinikanızın qoşulu olduğu kanalı seçir; biri əlçatan deyilsə digərinə keçir. Mesaj göndərilə bilməsə sistem onu itirmir — özü təkrar cəhd edir və nəticəni sizə göstərir. Sizə isə Telegram-dan bildiriş gəlir, çünki orada bir toxunuşla təsdiqləyirsiniz.

Diş xəritəsi və rentgen arxivi varmı?

Bəli. 32 diş göz önündədir; dişə klikləyəndə diaqnoz və müalicə elə orada yazılır, bütün tarixçə isə yanında görünür. Hər dişə rentgen və klinik şəkil bağlana bilər — yəni «bu dişə keçən dəfə nə etmişdik?» sualının cavabı bir kliklədir.

Neçə həkim və işçi əlavə edə bilərəm?

SOLO tək işləyən həkim üçündür. PRO paketində köməkçiniz üçün ayrıca giriş açılır. KLİNİKA paketi 4 həkimə qədər klinikalar üçündür və lazım olsa əlavə istifadəçi qoşulur. Klinikanız böyüyəndə paketi bir zənglə dəyişirik — məlumatınız olduğu kimi qalır.

Məlumatlarım təhlükəsizdirmi? Xəstə bazam sizdə qalacaq?

Hər klinikanın məlumatı tam ayrıdır və bu, sistemin quruluşuna qoyulub. Hesabınıza iki mərhələli doğrulama qoşa bilərsiniz. Ən vacibi: data sizindir — istədiyiniz vaxt xəstə siyahınızı götürə bilərsiniz. Abunə bitsə də heç nə silinmir, sistem yalnız oxu rejiminə keçir.

Quraşdırma nə qədər vaxt aparır?

Bir saat. Hesabınızı biz açırıq, xidmət kataloqunu və iş saatlarını biz köçürürük, Telegram-ı biz qoşuruq. Sonra 30 dəqiqəlik onlayn təlim — və rezervasiya linkiniz hazırdır. İllik ödəyən klinikalar üçün quraşdırma pulsuzdur.

Bəyənməsəm nə olur?

Sadəcə dayandırırsınız. Uzunmüddətli müqavilə yoxdur, cərimə yoxdur, «niyə gedirsiniz» sorğusu yoxdur. Sınaq üçün kart məlumatı da tələb etmirik — ona görə itirəcəyiniz heç nə yoxdur.

BAŞLAYAQ

Bu həftə neçə xəstə yaddan çıxdı?

Bir cavab yazın — bir iş günü ərzində sizinlə əlaqə saxlayırıq, hesabınızı biz açırıq və bir saat sonra ilk xəstəniz linkdən yazılır.

  • 10 gün pulsuz — kart tələb olunmur
  • Quraşdırmanı biz edirik, siz yalnız xidmətlərinizi deyirsiniz
  • Bəyənməsəniz sadəcə dayandırın — heç nə silinmir

Sınaq üçün müraciət

Məlumatlarınız yalnız sizinlə əlaqə üçün istifadə olunur.